Bıçaq Mekki haqqında ballada
Bıçaq Mekki haqqında ballada (alm. Die Moritat von Mackie Messer, ing. Mack the Knife) — sözləri Bertolt Brextə, bəstəsi isə Kurt Yulian Vayla məxsus populyar ballada. Ballada əsasən Bertolt Brextin “Üç qəpiklik opera” pyesi üçün nəzərdə tutulmuşdur. 31 avqust 1928 ci ildə pyesin ilk tamaşasından sonra ballada məşhurlaşmış və günümüzə qədər bir çox ifaçıların repertuarlarında yer tutur.
== “Üç qəpiklik opera” ==
Bıçaq Mekki haqqında ballada ilk dəfə “Üç qəpiklik opera” tamaşasında ifa edilmişdir. Moritat — bu orta əsrlərə aid bir ballada növü olub, ozanlar tərəfindən oxunardı. Mori “öldürücü, ölümcül”, Tat isə “fəaliyyət, əməl” deməkdir. “Üç qəpiklik opera” tamaşasının əvvəlində küçə xanəndəsinin dili ilə baş qəhrəman — Bıçaq Mekki tamaşaçılara təqdim edilir. Bu personaj Con Qeyin “Dilənçi opera”sındakı quldur Makxita obrazının yenidən işlənmiş versiyasıdır.